"Fləş"in ulduzu, amerikalı aktyor Ezra Millerə qarşı yeni ittihamlar irəli sürülüb.
Axşam.az xəbər verir ki, aktyor bu dəfə oğurluqda ittiham olunub. Bildirilib ki, hadisə Vermont ştatında baş verib. Miller mayda Stamfordda boş evlərdən birinə girib və bir neçə şüşə spirt oğurlayıb. Oğurluq anı təhlükəsizlik kameralarına düşüb.
İş üzrə məhkəmə sentyabrın 26-da olacaq.
Qeyd edək ki, Miller dəfələrlə asayişi pozmaqda və insanlara hücum etməkdə ittiham olunub. O, bundan əvvəllər Havay adalarında həbs edilib. İyunun əvvəlində aktyor yetkinlik yaşına çatmayan qızı döyməkdə və korrupsiyada ittiham olunurdu. İki qadın da onu zorakılıq və təqibdə ittiham edib.