Türkiyəli müğənni Sıla koronavirusa yoluxub.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı sənətçi instaqram hesabında verib.
Müğənni 3 konsertinin təxirə düşdüyünü və biletlərin vaxtının yeni tarixlə əvəzlənəcəyini bildirib.
Qeyd edək ki, Sılanın bir müddət əvvəl körpücük sümüyü sınmışdı və bu səbəbdən onun konsertləri təxirə salınmışdı.