"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner karyerasını bitirir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 30 yaşlı aktyor müsahibələrinin birində danışıb.
Teylor bildirib ki, 14 il əvvəl rol aldığı "Alatoranlıq"dakı obrazından sonra o peşəkar və emosional şəkildə tükənib.
Qeyd edək ki, aktyor bu ilin mayında sevgilisi Tey Doumayla nişanlanıb.