Şakiradan ayrılan Pike indi də 23 yaşlı tələbə ilə sevgilidir

Şakiradan ayrılan Pike indi də 23 yaşlı tələbə ilə sevgilidir
1362 dəfə oxunub
  • A-
  • A
  • A+

"Barselona"nın müdafiəçisi Jerar Pike dünya şöhrətli müğənni Şakiradan ayrıldıqdan sonra adı daha bir qadınla hallanır.

Axşam.az xəbər verir ki, futbolçunun sahibi olduğu "Kosmos" agentliyində işləyən 23 yaşlı tələbə Klara Çia Marti ilə münasibətdə olduğu iddia olunub. Cütlüyə yaxın mənbələr onların bir neçə aydır ki, görüşdüyünü deyir. Bu münasibətin Şakiranın Pikedən ayrılmasından əvvəl başlayıb-başlamadığı isə məlum deyil.

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Pikenin ifaçıya komanda yoldaşı Qavinin anası ilə xəyanət etməsi olub. Bundan başqa, Pikenin brazilyalı model Suzi Kortezlə də yazışdığı iddia olunub.

Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.