Salman Rüşdi bıçaqlandı

Salman Rüşdi bıçaqlandı
1469 dəfə oxunub
  • A-
  • A
  • A+

Hind əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 75 yaşlı yazıçının “Chautauqua” İnstitutundakı mühazirəsindən əvvəl baş verib.

Belə ki, zaldakı şəxslərdən biri səhnəyə çıxaraq Rüşdi və ondan müsahibə götürən müxbirə hücum edib. 

Nyu-York polisi məsələ ilə bağlı açıqlama yayaraq Rüşdinin boyun nahiyəsindən bıçaqlandığını və helikopterlə xəstəxanaya aparıldığını bildirib. Cinayəti törədən şəxs isə həbs olunub.