Ukraynanın Xalq artisti İqor Krutoy anasının Mayamidə xəstəxanaya yerləşdirilməsi ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, ifaçının anasının ayağı sınıb. Belə ki, bir çoxları onun anasının xəstəxanalıq olmasında əli olduğunu iddia edib.
"Yazdılar ki, İqor Krutoy öz qayığı ilə anasını xəstəxanaya aparıb. İddiaya görə, onlar köpək balığı ilə toqquşub, qayıq aşıb. Anam buna görə komadadır, Allah eləməsin. İqorun vəziyyəti ağırdır" deyə, onun bacısı bildirib:
"İqor Krutoyun qayığı yoxdur. İqor Krutoy Mayamidə deyil. Anam xəstəxanadadır, amma köpək balığını heç yerdə görməyib. Bunu düşünən adama deyə biləcəyim ədəbsiz sözlərin yetərsiz olduğunu düşünürəm".
Bacısı əlavə edib ki, onun ayağının sınmasının İqorla heç bir əlaqəsi olmayıb. Yaşlı qadın uzun müddətdir oğlundan ayrı yaşadığı Amerikadakı evində sürüşüb.
O, əlavə edib ki, 88 yaşlı anasının əməliyyatı yaxşı keçib və xəstəxanadadır.