Cey Lo oğulları ilə problem yaşayan Britnidən yazdı - Foto

Cey Lo oğulları ilə problem yaşayan Britnidən yazdı - Foto
1603 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, məşhur müğənni Britni Spirs oğulları 16 yaşlı Şon Preston və 15 yaşlı Ceyden Ceymslə münasibətlərində gərginlik yaşayır.

Axşam.az xəbər verir ki, ifaçıya həmkarı Cennifer Lopez dəstək çıxıb. O, Britni ilə fotosuna paylaşaraq "Sən o kameraya doğru baxırsan və dünyanın hər bir balaca qızına deyirsən ki, səsini ucaltsın və heç vaxt ədalətsizliyə işıq verməkdən geri çəkilmə!" sözlərini yazıb.

Qeyd edək ki, Britninin keçmiş həyat yoldaşı bir müddət əvvəl açıqlama verərək, övladlarının anaları ilə görüşmək istəmədiyini bildirib. O, buna oğullarının analarının sosial şəbəkədəki hərəkətlərindən və çılpaq şəkillərindən utanmalarını səbəb kimi göstərib. Daha sonra ifaçı açıqlama yayaraq iddiaları təsdiqləyib.