Türkiyəli aktrisa Demet Özdəmirlə müğənni Oğuzhan Koçun toy dəvətnaməsinin fotosu sosial şəbəkələrdə yayılıb.
Axşam.az xəbər verir ki, toy avqustun 26-da cütlüyün İstanbulda nişanı olan oteldə baş tutacaq.
Qeyd edək ki, Oğuzhan Koç fevralın 14-də həmin oteldə sürpriz tədbir hazırlayaraq aktrisaya evlilik təklifi etmişdi. Nişandan əvvəl isə cütlük qısqanclıq səbəbindən ayrılmışdı.
