Sonuncu dəfə "Eşkiya dünyaya hükümdar olmaz" serialında "Ceylan" obrazını canladıran türkiyəli aktrisa Sanem Çelik imicində dəyişiklik edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, obyektiv qarşısına keçən aktrisa saçlarını özünün kəsdiyini və rəngləmədiyini bildirib.
Çelik gənc qalmasını isə meditasiya, yoqa və sağlam qidalanmağa borclu olduğunu deyib.
Sosial şəbəkə izləyiciləri isə onun yeni halını bəyənmədiklərini yazıblar.