20 milyonluq təyyarə necə bölünəcək?

20 milyonluq təyyarə necə bölünəcək?
887 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu yay ayrıldıqlarını elan edən "Barselona"nın müdafiəçisi Pike və müğənni Şakira şəxsi təyyarəyə görə məhkəməlik olub.

Axşam.az xəbər verir ki, “Marca”nın yaydığı məlumata görə, cütlük 20 milyon dollarlıq “Learjet 60XR” təyyarəsinin bölünməsini müzakirə edib.

On sərnişini qəbul edə bilən bu təyyarə cütlüyün birgə əldə etdiyi mülklərdən biridir və gələcəyi məhkəmə tərəfindən müəyyən ediləcək.

Xatırladaq ki, cütlüyün iki oğlu var - 10 yaşlı Milan və 8 yaşlı Saşa. Ayrılığa səbəb isə Pikenin xəyanəti olub.