Xəbər verdiyimiz kimi, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask tviteri məhkəməyə vermişdi.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, iş adamı sosial şəbəkədəki saxta hesablarla bağlı məhkəmədə qalib gəlib.
Belə ki, tvitter spam və bot hesablar haqda faylları İlon Maska təqdim edəcək.
Qeyd edək ki, daha əvvəl Mask 44 milyard dollar (təxminən 74 milyard 800 milyon manat) qarşılığında platformanı almaq istəsə də saxta hesabların çoxluğu səbəbindən bu addımı atmaqdan imtina edib.