"Ali Rıza" vəsiyyətini açıqladı

"Ali Rıza" vəsiyyətini açıqladı
2939 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yaprak dökümü" serialında "Ali Rıza" obrazına həyat verən aktyor Halil Ergün vəsiyyətini açıqlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor müsahibəsi zamanı öldükdən sonra yas verilməsini istəmədiyini bildirib:

"Vəsiyyətim budur, yas verilməsini istəmirəm. Mən də bir çox hörmət etdiyim insanın dəfn mərasiminə getdim. Amma vəzifəsini yerinə yetirmək kimi görürəm bunu. Nə qədər sədamız qalıbsa, o qədər yad edilsək kifayətdir".