İllər sonra bir bacısı olduğu ortaya çıxıb - Fotolar

İllər sonra bir bacısı olduğu ortaya çıxıb - Fotolar
1598 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Atiye Ceyda Düvencinin “Bam başqa söhbətlər”ində ailəsi ilə bağlı təəccüblü etiraflar edib.

Axşam.az xəbər verir ki, sənətçi bir nacısı olduğunu, onu illər sonra tapdığını deyib. “Bir bacım var, eyni şəhərdə yaşayırdıq, bir-birimizdən xəbərimiz yox idi” deyən Atiye bacısı Mircana ilə başına gələn əhvalatı belə danışıb:

"O, həm də musiqiçidir, pianoda ifa edir, bəstələri var. Biz bir-birimizi tapdıq. Atam illər əvvəl demişdi ki, sənin qardaşın ola bilər... Ailədə bu mövzu geniş müzakirə olunmurdu. Axtardım birtəhər bacımı tapdım, ilk onun şəklini gördüm, o da mənə çox oxşayır, atama da oxşayır. Bu bacım üçün böyük şok oldu. Əvvəlcə atamla görüşdülər, bizə inanmadı... Əmindim, bizə çox oxşayır. İllərdir bir şəhərdə yaşadıq, heç görüşmədik, türkcə danışmır, alman kimi tərbiyə alıb. Bir-birimizi görəndə, hər şey aydınlaşanda bir-birimizi qucaqladıq. O vaxtdan biz çox yaxın olmuşuq, bir-birimizi sevirik. Mənim haqqımda mahnı yazdı, studiyaya getdik, birlikdə oxuduq. Onun mənim qızımla yaşıd bir qızı var".