Məşhur aktrisanın Çeşmədəki qırmızılı villası - Fotolar

Məşhur aktrisanın Çeşmədəki qırmızılı villası - Fotolar
2894 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türkiyəli aktrisa Hülya Korel bu yayı da Çeşmədə yerləşən qırmızılı villasında keçirib. 

Axşam.az xəbər verir ki, son illər istirahətini həmin evdə keçirən sənətçi fotolarını sosial şəbəkə hesabında yayımlayıb.

İkimərtəbəli lüks villa geniş bağçada yerləşir. Evin ətrafı Hülya Korelin çox sevdiyi güllərlə əhatə olunub. Korel dekorasiyalara öz əl işlərini də daxil edib. Hülya Korel bağın bir hissəsini yeməkxana kimi istifadə edir. Lüks villanın qapı-pəncərələri uzun illər mavi idi, sonra onları qırmızıya boyayıb.

Tanınmış aktrisa meyvə-tərəvəz yetişdirməklə də məşğuldur. Korel fotolarından birinə "İndi öz tərəvəzimi yeyəcəm..." şərhini qeyd edib.

“Və o gün gəldi, Allahla vidalaşdıq, gözəl Çeşməm... Qırmızı qapı-pəncərəli evim... Gələn il səni qismətlə görmək ümidi ilə” yazan Hülya artıq işinin başına qayıtdığını vurğulayıb.