Ötən aylarda İbrahim Çelikkolla Bodrumdan sonra Kaz dağlarına istirahətə yollanan Birce Akalay həmkarı haqqında yayılan "eşq" söz-söhbətlərinə son qoyub.
Axşam.az xəbər verir ki, aktrisa məkanlardan birindən çıxarkən obyektivlərə tuş gəlib. O, jurnalistlərin ünvanladığı sualları cavablandırıb. Birce İbrahimlə sevgili olmadıqlarını deyib:
"İbrahim can dostum, dostumdur. Keçmiş həyat yoldaşı Mihre də dostumdur. Bu xəbərlərə üzüldüm. Gah gülürəm, gah da üzülürəm. İndi nə deyəcəyimi bilmirəm".