Xəbər verdiyimiz kimi, məşhur cütlük Cennifer Lopes və Ben Afflekin Corciya ştatında toyu olub.
Axşam.az xəbər verir ki, toy səs-küysüz keçməyib. Əvvəlcə ayağından xəsarət alan Afflekin anası xəstəxanaya aparılıb. Daha sonra paparassilər qapıda daha bir təcili yardım maşını dayandığını görüntüləyiblər.
Ulduz cütlüyün qonaqlarından hansının tibbi yardıma ehtiyacı olduğunu hələ müəyyənləşdirmək mümkün olmayıb, sadəcə onun kişi olduğu məlum olub. Hazırda onun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, cütlüyün toyu aktyorun Corciya ştatında 87 hektar ərazisi olan malikanəsində baş tutub. Lopez ikinci toyunda "Ralph Lauren" brendindən gəlinlik geyinib. Qonaqlardan bəziləri toya öz maşınlarında, bəziləri isə onlar üçün xüsusi ayrılmış 9 avtobusla gəliblər.

