TikTok ulduzu Avropa vətəndaşı oldu

TikTok ulduzu Avropa vətəndaşı oldu
1073 dəfə oxunub
  • A-
  • A
  • A+

148 milyondan çox izləyicisi olan TikTok ulduzu Habi Leim İtaliya vətəndaşı olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı H.Leim Seneqallıdır - o, bir yaşından İtaliyada yaşayır və yalnız indi oranın vətəndaşlığını alıb.

"Həmişə gecəqondularda yaşamışam, amma orada heç nəyimizin olmamasına baxmayaraq, xoşbəxt idik, sevinirdik, həyətdə oynayırdıq, baxmayaraq ki, heç bir şeyimiz yox idi" deyə o açıqlamalarından birində deyib. Turin yaxınlığında yaşayan və TikTok-dakı şöhrətindən sonrakı həyatından danışan bloger hazırda fərqli həyatı olduğunu vurğulayıb.

Eyni zamanda, H.Leim “əvvəllər özünü italyan kimi hiss etdiyinə görə” rəsmi olaraq İtaliya vətəndaşı olduqdan sonra ümumiyyətlə, heç nəyin dəyişmədiyini vurğulayıb.