Bellanın paylaşımları başına bəla oldu

Bellanın paylaşımları başına bəla oldu
1369 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət öncə müsəlman mədəniyyətində yaşamaq istədiyini deyən dünyaca məşhur model Bella Hadid Fələstini dəstəkləyən paylaşımlar etdiyi üçün başına gələnlərdən bəhs edib.

Axşam.az xəbər verir ki, model sosial şəbəkədə bir çox markanın bu səbəbdən onunla işləmək istəmədiyini yazıb:

"Mənimlə işləməkdən imtina edən çox brend oldu. Bəzi dostlarım məndən uzaqlaşdı. 7 il hər cümə yemək yediyim dostlarım məni evinə qoymur".

Qeyd edək ki, Bella Hadid fələstinlidir.