Türkiyəli müğənni Ebru Gündəşin iraqlı iş adamı Rassan Xoşnavla evləndiyi iddia olunur.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı sənətçinin özündən 19 yaş kiçik sevgilisiylə nikah masasına əyləşdiyi deyilir.
Qeyd edək ki, Ebru daha əvvəl iş adamı Rza Zərrabla evli olub. Onların bir qız övladı var. Zərrab qızının qəyyumluğunu almaq üçün məhkəməyə müraciət edib.