Türkiyəli müğənni İbrahim Tatlısəs 9 yaşlı qızı Elif Ada ilə avtomobil qəzası keçirib.
Axşam.az xəbər verir ki, hadisə səhər saatlarında Bodrumda baş verib. Nəticədə 70 yaşlı müğənni xəsarət alıb.
Əraziyə aidiyyəti qurumlar cəlb olunub. Onlar ifaçını xilas etməyə çalışırlar.
***
Sənətçinin yer aldığı maşın dərəyə yuvarlanıb. Maşında sıxışıb qalan İbrahimi oradan çıxartmaq mümkün olub. Tatlısəsin avtomobildən çıxarıldığı səhhətinin yaxşı olduğu bildirilib.
***
Tatlısəsin keçmiş xanımı, qızı Elif Adanın anası Ayşegül Yıldız “2-ci Sayfa”ya açıqlama verib. O bildirib ki, qəza zamanı övladı maşında olmayıb:
"İbrahim bəylə bir az əvvəl telefonla danışdım. Qızım Elif Adanı Bodrumda xalasının yanında qoyub İstanbula qayıtmışdım. Qəza xəbərini eşitdikdə ömrümdən ömür getdi. Çox şükür, qızım avtomobildə olmayıb".