Gülşən həbs olundu

Gülşən həbs olundu
6120 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Gülşənin "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə məhkəməlik olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu Gülşənə qarşı xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama ittihamı irəli sürərək onun saxlanılması ilə bağlı qərar verib.

Hakim qarşısına çıxan sənətçi həbs olunub. O, Bakırköy qadın və uşaq həbsxanasına aparılıb.

Qeyd edək ki, sənətçi bir müddət əvvəl sözlərinə görə üzr istəmişdi.