Ötən gün səhər saatlarında avtomobili dərədən aşan müğənni İbrahim Tatlısəs axşam konsert üçün səhnəyə çıxıb.
Axşam.az xəbər verir ki, Bodrumda baş verən qəzadan cəmi 12 saat sonra ifaçı sevənləri ilə görüşüb. Ayağı sındığı üçün sənətçi səhnəyə əlil arabasında gəlib.
Olduqca şən olduğu müşahidə edilən İbrahim Tatlısəs bir tərəfdən mahnılar oxuyub, digər tərəfdən də pərəstişkarlarına yaşadığı qəzanı danışıb. Zaman zaman səhnədə duyğulu anlar da yaşayan Tatlısəs oturduğu yerdən verdiyi konsert zamanı tamaşaçılara qarşı ayaqlarını uzatmaq məcburiyyətində qaldığı üçün pərəstişkarlarından üzr istəyib. Konsert zamanı həkiminin gözünü İbrahim Tatlısəsdən çəkməməsi diqqət çəkib. Qəzadan sonra atasının yanından bir an belə ayrılmayan Tatlısəsin uşaqları Dilan və İdo da məkanda olublar.
Belə bir qəzadan xilas olmağın ancaq Allahın köməkliyi ilə mümkün olacağını və qəzadan sonra yanğından xilas edildiklərini bildirən İbrahim Tatlısəs "Bu gün qəza keçirdik. Allaha qurban olum, mələklərini göndərdi. Maşınımız dərəyə yuvarlanırdı, qaya tutdu, amma sabah gedəcəm. Məncə orda qaya yoxdu. Bizi saxlayan heç nə olmasaydı, dərəyə çırpınmadan gedirdik. İdo qarşımızda idi. Səhər yeməyinə gedirdik. O maşın da sürüşdü. İdo yük maşınının bizi vurduğunu görəndə, dayandı. Yasəminlə birlikdə keçən bütün maşınlardan “yanğınsöndürən borusu varmı?” deyə soruşurdu. Yanğın başlasaydı kül olacaqdıq. Bizi vuran yük maşını yanırdı. Allah bitdi demədən, heç nə bitmir" sözlərini deyib.
