"Hər kəs ağzından çıxan səhv sözə görə həbs edilsə, ölkədə adam qalmaz. Hər məktəbdən alim də, axmaq da çıxıb. Gülşənə gələnə qədər nələr oldu, nələr. Milli məclisin özünü həbs etmək lazımdır: orada hər şey, bütün dəyərlər təhqir olunur. Həm də qanun içində".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Yıldız Tilbe bir neçə gün əvvəl həbs olunan həmkarı Gülşəni müdafiə edərkən yazıb.
"Sənətçilər qanunla toxunulmaz elan edilsin. Onlar dünya zibilliyinin brilyantlarıdır, qaranlıq dənizlərin işığıdır. Hər dəfə başqa bəhanələrlə həyatlarına müdaxilə edilməsin" deyə, sənətçi sözlərinə davam edib.