Sosial şəbəkə Mariyanın bu görünüşünü müzakirə edir

Sosial şəbəkə Mariyanın bu görünüşünü müzakirə edir
1983 dəfə oxunub
  • A-
  • A
  • A+

Tvitterdə Arnold Şvartsneggerin keçmiş həyat yoldaşı Maria Şriverin görünüşü müzakirə olunub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, o, Los-Ancelesdə gəzintidə makiyajsız görüntülənib.

İstifadəçilər 66 yaşlı xanımın uğursuz plastik əməliyyatını tənqid ediblər. Hətta onu yadplanetlilərə bənzədiblər.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı qızı olan Mariya Şrayver 1986-cı ildə Arnold Şvartseneggerlə ailə həyatı qurub. Evlilikdə cütlüyün dörd övladı var: Ketrin, Kristina, Patrik və Kristofer. Cütlük boşandıqlarını 2011-ci ildə Şvartseneggerin ev işçisi Mildred Baena ilə oğlu olduğu məlum olanda elan etmişdi.