Bu payız nə cür makiyaj edilməli?

Bu payız nə cür makiyaj edilməli?
9916 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər mövsüm dəb dəyişir. 2022-ci ilin payızı üçün olan makiyaj dəbi də yenilənib. Bəs, bu payız hansı makiyaj formaları edilməlidir? 

Axşam.az payızın makiyaj dəbini təqdim edir:

Dağınıq dodaq konturu
Artıq səliqəli kontur çəkməyə tələsməyəcəksiniz. Hətta kontur dəbdən düşəcək. Sadəcə dodaq boyası ilə kifayətlənə bilərsiniz. Dodaq boyasını parıltılı edin. Yəni nəm effekti yaradın. 

Əvvəl ənlik, sonra kirşan
Bunu sınaqdan keçirməlisiniz. Çalışın krem halında olan yanaq boyası çəkin. Əvvəl yanağınızın rəngini tündləşdirin, sonra tonal krem çəkin. 

Smoky-eyes
Bir müddətdir dəbdən düşən bu göz makiyajı yenidən aktuallaşacaq. Ən çox qara, göy və çəhrayı rəng dəbdə olacaq. Ən əsası səliqəli makiyajdan qaçın. Dağınıqlıq dəbdədir.

Çılpaq üz, parıltılı dəri
Payızda parıldayan dəri etməyə çalışın. Nəmləndirmə tərkibli tonal krem alın. Çalışın təbii dəri effekti yaradın. 

Bənövşəyi ənlik
Qəribə səslənsə də bu, dəb olacaq. Amma onu da qədərində istifadə edin. Tünd dodaq boyası
Payız tünd dodaq boyasız mümkün deyil. Dəb sırasında bu da olacaq. Çalışın makiyaj çantanızda tünd dodaq boyası olsun.