Məşhur “Dəmir adam” ekran işinin ulduzu Robert Dauni corablarına görə tənqid atəşinə tuş gəlib.
Axşam.az xəbər verir ki, aktyorun tviter fan səhifəsində Saint-Tropezdə ailəvi istirahətindən olan fotoları dərc edilib.
Şəkillərdə onun üzərində “Rusiya” yazısı əks olunan "Adidas" corabları istifadəçilərin diqqətini çəkib. Bu dizayn isə 2017-ci ilə aiddir. İzləyicilər bununla Robertin Rusiyaya siyasi dəstəyini ifadə etdiyini düşünüblər.
Aktyor hələlik mövzu ilə bağlı hər hansı açıqlama verməyib.