Ermənilər onların İrəvanda çıxışına etiraz etdilər

Ermənilər onların İrəvanda çıxışına etiraz etdilər
1922 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistanda teleqram kanallarında Andro və The Limba-nın İrəvandakı konsertinin ləğvi ilə bağlı kampaniyaya start verilib.

Axşam.az xəbər verir ki, onlar oktyabrın 23-də "In Drive Music Fest" musiqi festivalı çərçivəsində İrəvanda çıxış etməli idilər. Bildirilib ki, etiraza səbəb ifaçıların "Atlantic Records Russia" adlı Azərbaycan şirkətinə aid olmasıdır. Jony, Hamali və Navai kimi ifaçılar da sözügedən şirkətlə çalışırlar. Kampaniyanın təşkilatçıları da öz mesajlarında şirkətə Xalq artisti Emin Ağalarovun rəhbərlik etdiyini yazıblar.

Onlar “Ermənistana ermənifobiyası olanlar getməsin!” haştaqlı paylaşımlar ediblər. Erməni saytlarından birinin yaydığı xəbərə görə, payızda planlaşdırılan "Andro" və "The Limba" konserti ləğv edilib.

Amma bu qərar Ermənistanda tənqidə səbəb olub. belə ki, ölkədə ifaçıların çox sayda fanatları yer alır. 

Qeyd edək ki, ermənilər hər iki ifaçının fəaliyyətindən xəbərsizdirlər. Belə ki, Andro (Andro Kuznetsov milliyyətcə qaraçıdır - red) yaradıcılığının ilk günlərindən təsisçisi Elman Zeynalovun (Elman) olduğu "Raava Music"dən başlayıb. İrəvan konsertinin posterində Raava Music qeyd edilib.

"The Limba"ya (Muxametali Axmetzhanov) gəlincə, uyğur əsilli bu məşhur qazax musiqiçisi əslində yuxarıdakı etiketdə üçüncü studiya albomunu buraxıb.

2018-ci ildə Emin Ağalarov və Bəxtiyar Əliyev (Bah Tee) 2021-ci ildə Warner Music Group tərəfindən satın alınan və onun əsasında Amerikanın Atlantic Records leyblinin bölməsini yaradan "Zhara Music" musiqi leyblini yaradıblar. Müqavilə 25 milyon dollar (42,5 milyon manat) təşkil edib.