Şahzadə Harrinin həyat yoldaşı hersoqinya Meqan Marklın məşhur “The Cut” jurnalına kral ailəsi ilə bağlı yeni müsahibəsi tənqid olunub.
Axşam.az xəbər verir ki, kral ailəsinin üzvləri Meqanın açıqlamasının şahzadə Diananın ölümünün 25-ci ildönümünə kölgə salacağından narahat olduqlarını ifadə ediblər. Belə ki, müsahibənin Şahzadə Diananın (red. - 31 avqust 1997-ci ildə avtomobil qəzasında vəfat edib) ölümünün ildönümünə iki gün qalmış çıxmasına təsadüf olmadığı, bununla da Meqanın diqqətləri üzərində saxlamaq istədiyi iddia olunub.
"Meqan həmişə onunla Diana arasında bir əlaqəyə ehtiyac duyur. Onun komandası məqalənin yubileydən sonra çıxmasını xahiş edə bilərdi. İndi hər şey Meqan ətrafında cəmlənib" - deyə, sarayla əlaqəli olan mənbə bildirib.
Məqalədə həmçinin Meqanın fotosessiyası da yayımlanıb. O, obyektiv qarşına “Chanel”, “Proenza Schouler”, “Tory Burch” və “Bottega Veneta” kimi brendlərin geyimlərində keçib.
Qeyd edək ki, bu, Meqanın səs-küyə səbəb olan ilk belə açıqlaması deyil. O, daha əvvəl Harrinin atası Şahzadə Çarlzla münasibətini bitdiyini və kral ailəsini tərk etdiyinə görə necə "xoşbəxt" olduğunu söyləmişdi.