Türkiyəli aktrisa Sinem Ünsalın baş rolunu canlandıracağı "Aile toplantısı" filminin çəkilişləri başlamadan ayrılıq yaşanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinemin tərəf müqabili Kubilay Aka layihədə yer almaqdan son anda imtina edib. Eyni zamanda aktyor Reha Özcan da filmdən ayrılıb.
Qeyd edək ki, filmin daha öncə "Cenazemize hoş geldiniz" adlanırdı.