Mayda Kann Film festivalının qalibi olan cənubi afrikalı aktrisa və model Çarlbi Din vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa 32 yaşında dünyasını dəyişib. O, Nyu-York xəstəxanalarından birində qəfil xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Ç.Dinin baş rolunu canlandırdığı "Kədər üçbucağı" filmi bu il “Qızıl palma budağı”na layiq görülüb. Aktrisa “Qara ildırım” serialında da çəkilib.