Dünyada ilk dəfə baş dirkektor vəzifəsinə robot təyin olunub.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Çində baş verib. Belə ki, təyinat mobil proqramlar və onlayn oyunların tərtibatıyla məşğul olan “NetDragon Websoft” şirkətində olub.
Robotun texniki xüsusiyyətləri və xarici görünüşü haqda məlumat çox olmasa da, onun insana bənzədiyi və adının Tanq Yu olduğu məlumdur.
Şirkət robotun işçilərə qarşı ədalətli davranacağına inandığı üçün bu addımı atıb.