Məşhur festivalın 79 illik tarixində ilk yaşandı - Fotolar

Məşhur festivalın 79 illik tarixində ilk yaşandı - Fotolar
1298 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün İtaliyada 79-cu Venesiya Film Festivalının açılışı olub.

Axşam.az xəbər verir ki, mərasimdə bir çox məşhur sima iştirak edib. Onlar arasında Katrin Denöv, Hillari Klinton, Kulian Mur, Alessandra Ambrosio, Melani Loran və başqaları yer alıb.

Film festivalı aktrisa Katrin Denövə təqdim olunan kinoya töhfəyə görə mükafatın təqdim edilməsi ilə başlayıb. Builki kinofestivalın açılışı Noa Baumbaxın “Ağ səs-küy” filmi ilə olub. Filmdə Adam Drayver və Qreta Qerviq rol alıb.

Qeyd edək ki, ümumilikdə kinofestivalda 19 rejissorun ekran işi nümayiş olunacaq. Bu il beynəlxalq münsiflər heyətinə aktrisa Culianna Mur rəhbərlik edib. Bu il tarixdə ilk dəfə olaraq festivalın simvolu ənənəvi şir əvəzinə dişi aslan olub.