Ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğlunun həbsi ilə bağlı iddia ərizəsi hazırlanıb.
Axşam.az xəbər verir ki, ifaçının “xalqı kin və düşmənçiliyə təhrik” ittihamı ilə 1 ildən 3 ilədək həbsi istənilib. Belə ki, 48 səhifədən ibarət ərizəyə 702 nəfər imza atıb. Sənəd artıq Birinci İnstansiya Cinayət Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Gülşən konsertlərindən birində dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs olunub. Onun bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib. Hazırda sənətçi ev həbsinə buraxılıb.