"Yasak elma" serialının əməkdaşı vəfat edib.
Axşam.az xəbər verir ki, ekran işinin heyətində, kamera arxasında fəaliyyət göstərən Umut adlı şəxs dünyasını dəyişib. Bu barədə serialın baş rol aktyorlarından olan Eda Ece sosial media hesabında yazıb. O, Umutun hansı səbəbdən vəfat etdiyini açıqlamayıb.
"İş yoldaşımız Umut gənc yaşında aramızdan ayrıldı. Kədərimi ifadə etməyə sözlər kifayət etməz. Məkanın cənnət olsun. Allah ailənə səbr versin. Bunları yazdığıma inana bilmirəm. Ürəyim parçalandı" deyə, o paylaşımında yazıb.
Qeyd edək ki, Eda serialda "Yıldız" obrazına həyat verir. Ekran işi sonuncu, 6-cı mövsümünü yayımlamağa hazırlaşır.

