Xəbər verdiyimiz kimi, 79-cu Venesiya Film Festivalı İtaliyada start götürüb.
Axşam.az xəbər verir ki, festivalın ikinci günündə qırmızı xalçada Keyt Blanşett, Culianna Mur, Corcina Rodrigez kimi məşhurlar kamera qarşısına keçiblər. Bu dəfə "Tar" filminin premyerası baş tutub. Ekran işində Berlin Filarmoniyasının dirijoru Lidiya Tarın hekayəsindən bəhs edilir. Rejissoru Todd Fild olan layihənin nümayişdən sonra ən yaddaqalan məqamı isə qonaqların 6 dəqiqə boyunca filmi alqışlamaları olub.
Qeyd edək ki, ümumilikdə kinofestivalda 19 rejissorun ekran işi nümayiş olunacaq. Bu il tarixdə ilk dəfə olaraq festivalın simvolu ənənəvi şir əvəzinə dişi aslan olub.