"Yarqı" serialının heyətində dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, ekran işində aktrisa Elif Melda Yılmaz rol alacaq. O, layihədə Aytən obrazına həyat verəcək.
Qeyd edək ki, ekran işinin baş rollarını Kaan Urqancıoğlu ilə Pınar Dəniz canlandırır.
Elif sonuncu dəfə "Aşkın tarifi" serialında rol alıb.
