Regina yazıçını məhkəməyə verdi - 8 milyon istəyir

Regina yazıçını məhkəməyə verdi - 8 milyon istəyir
509 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış aparıcı Regina Todorenko Sankt-Peterburqdan olan yazıçını məhkəməyə verib.

Axşam.az xəbər verir ki, aparıcı yazıçının ona böhtan atdığını iddia edib.

Yazıçı Darina Mişina teleaparıcının guya onu aldatdığını deyib. Yazıçı Reginaya uşaq kitabı yazmağa kömək edib, lakin layihə ləğv edilib və qız nə pul, nə də şöhrət qazanıb. Darina Reginanı hələ də kitabı buraxmağı planlaşdırdığına görə açıq şəkildə ittiham etmək qərarına gəlib. Bildirib ki, Regina müəllif kimi də özünü qeyd edir.

Aparıcı bu ittihamlara bir müddət sussa da, indi məhkəməyə üz tutub. Teleaparıcı onun nüfuzuna dəyən ziyana görə qarşı tərəfdən təzminat istəyir. Təzminatın məbləği isə 8 milyon rubldur.