Obama məşhur mükafatı aldı

Obama məşhur mükafatı aldı
320 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın keçmiş prezidenti Barak Obama “Ən yaxşı hekayəçi” nominasiyasında “Emmi” mükafatını qazanıb.

Axşam.az xəbər verir ki, o, "Netflix"in sənədli serialındakı "Böyük Milli Parklarımızdakı" hekayəsinə görə bu mükafata layiq görülüb.

Bu kateqoriyaya həmçinin keçmiş amerikalı basketbolçu-aktyor, prodüser və ssenarist Karim Abdul-Dzhabbar ("Tarixin qara vətənpərvərləri: Vətəndaş Müharibəsi Qəhrəmanları"), britaniyalı teleaparıcı Devid Attenboro ("Evlilik Oyunu"), komediyaçı və teleaparıcı Uolter Kamau Bell ("Biz Kosbi haqqında danışmalıyıq") və keniyalı meksikalı aktrisa Lupita Niongo ("Serengeti II") da layiq görülüb.

Qeyd edək ki, Obamadan başqa "Emmi" mükafatını alan yeganə Amerika prezidenti Duayt Eyzenhauerdir. O, 1956-cı ildə televiziya ilə mətbuat konfransı keçirən ölkənin ilk prezidenti olduğuna görə mükafatlandırılıb.

Onu da qeyd edək ki, 74-cü "Primetime Emmy" mükafatlandırma mərasimi sentyabrın 12-də Los-Ancelesdə keçiriləcək. Burada əsas nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.