"Tac" serialının 6-cı mövsümündə Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı, Kembric hersoginyası Keyt Middltonu canlandıracaq aktyorların kimliyi bəlli olub.
Axşam.az xəbər verir ki, Uilyamın 15 yaşındakı halını Rufus Kemp, gənclik və yeniyetməlik dövrünü Ed Makvey canlandıracaq. Meg Ballami isə Middlton rolunda ekranda görünəcək.
Qeyd edək ki, serialın yeni mövsümü noyabrın 5-də "Netflix"də yayımlanacaq.