Sonuncu mövsümünü yayımlanmasına hazırlaşan reytinqli seriallardan biri olan "Yasak elma"nın heyətinə yeni sima daxil olub.
Axşam.az xəbər verir ki, ekran işində aktyor Bekir Aksoy rol alacaq. O, layihədə "Engin" obrazına həyat verəcək və Şevval Samın canlandırdığı "Ender"in sevgilisi rolunu ifa edəcək.
Bundan başqa, yeni mövsümün ssenarisinə dair bəzi məlumatlar ortaya çıxıb. Belə ki, hadisələrin son olanalardan iki il sonra cərayan etməsi planlaşdırılır. Yıldız obrazının Ceylan adlı qızı dünyaya gəlsə də, həyat yoldaşı Doğan cinayətə təhrik etməkdən həbsdə olacaq.
Qeyd edək ki, Bekir sonuncu dəfə "Akreb" serialında rol alıb.
