Qalkinin müharibə ilə bağlı çıxışlarına münasibət bildirdi

Qalkinin müharibə ilə bağlı çıxışlarına münasibət bildirdi
584 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə tənqidi yanaşan və ölkəni tərk edən şoumen Maksim Qalkinin hərəkətlərinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, sözçü şoumenin hərəkətlərini pisləyib:

“Alla Puqaçovanın heç bir bəyanatını eşitməmişəm. Həyat yoldaşı isə (red. - Maksim Qalkin), bəli, onunla yolumuz bir deyil, pis açıqlamalarla çıxış edirdi. Elə artistlər var ki, onlar özlərini tamamilə ədəbsiz və qəbuledilməz bəyanatlarla ləkələyiblər”. 

Peskov Rusiya Prezidenti Vladimir Putinin Puqaçovaya olan münasibəti haqqında da danışıb. O, bildirib ki, Putinin müğənniyə münasibəti normaldır.

Qeyd edək ki, Maksim  və Puqaçova uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. İfaçı bu yaxınlarda övladları ilə birgə Rusiyaya qayıtsa da Maksim hələ də xarici ölkədədir.