79-cu Venesiya Film Festivalının növbəti günü də qalmaqalsız ötüşməyib.
Axşam.az xəbər verir ki, hadisə “Narahat olma, sevgilim” filminin premyerası zamanı baş verib. Ekran işinin aktyoru Herri Stayls həmkarı Kris Paynın yanında əyləşməzdən əvvəl onun üstünə tüpürür. Həmin görüntülər qısa zaman ərzində sosial mediada yayılıb və Herrinin bu hərəkəti tənqid olunub.
Kris isə həmkarının bu hərəkəti qarşısında ani olaraq çaşqınlıq yaşasa da, yalnız gülümsəməklə kifayətlənib.