7 dəqiqəlik çıxışında 54 dəfə özü haqqında danışdı

7 dəqiqəlik çıxışında 54 dəfə özü haqqında danışdı
1505 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harrinin həyat yoldaşı hersoqinya Meqan Markl yenidən tənqid atəşinə tuş gəlib.

Axşam.az xəbər verir ki, o, ötən gün baş tutan Mançesterdəki sammitdə çıxışı zamanı gender bərabərliyi haqqında danışmalı olsa da bu mövzuda demək olar ki, heç nə söyləməyib. O, yalnız özü, həyat yoldaşı və Böyük Britaniyaya qayıtmaqdan məmnun olduğu haqqında fikirlərini səsləndirib.

Çıxışdan sonra o, eqoistlikdə günahlandırılıb. "Majesty Magazine"nin baş redaktoru İnqrid Syuard qeyd edib ki, hersoginya gender bərabərliyindən danışmaq əvəzinə daim “mən, mən, mən” deyib və özünü tərifləyib.

Ümumilikdə, Meqanın yeddi dəqiqəlik çıxışında ən azı 54 dəfə özündən bəhs etdiyi bildirilib.