36 yaşlı reper qətlə yetirildi

36 yaşlı reper qətlə yetirildi
632 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadalı reper Pat Stey 36 yaşında dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, reperin ölümünə səbəb aldığı bıçaq xəsarətləri olub. Belə ki, o, Kanadanın Yeni Şotlandiya əyalətində bıçaqlanıb. Sentyabrın 4-ü səhər saatlarında tapılan Stey xəstəxanaya aparılsa da, həkimlər onun öldüyünü açıqlayıb.

Amerikalı reper Eminem tvitter hesabında onun ölümünü belə şərh edib: 

“Hip-hop bütün zamanların ən yaxşı döyüş reperlərindən birini itirib. Krallar heç vaxt ölməz”.

Qeyd edək ki, Steyin iki övladı var.