Türkiyəli aktrisa Pınar Denizlə eşq yaşayan aktyor Kaan Yıldırım ötən gün ilk dəfə birlikdə görüntülənib.
Axşam.az xəbər verir ki, cütlük ilk dəfə əl-ələ paparatsilərin obyektivinə tuş gəlib. İkili münasibətlərinin yaxşı olduğunu və hər şeyin yolunda getdiyini açıqlayıblar.
Qeyd edək ki, Kaan bundan əvvəl aktrisa Hande Erçellə sevgili idi. Aktyorun Handeyə ailə dostları Tuğçe Açıkgözlə xəyanət etdiyi iddia olunmuşdu. Pınar isə bundan əvvəl "Aşkın kıyameti" filmində tanış olduğu aktyor Yiğit Kirazcı ilə sevgili idi.