Türkiyəli aktrisa Ebru Cündübeyoğlu həyat yoldaşı Güçlü Metedən boşanıb.
Axşam.az xəbər verir ki, cütlük Ailə Məhkəməsinə müraciət edərək qarşılıqlı razılaşma ilə 19 illik evliliklərini bitiriblər.
Xatırladaq ki, 2003-cü ildə evlənən Ebru ilə Güçlünnü Duru adlı bir qızı var.
Qeyd edək ki, Ebru hazırda "Senden daha güzel" serialında rol alır.
