Tarkanın konsert verəcəyi səhnə aşdı, yaralılar var - Video

Tarkanın konsert verəcəyi səhnə aşdı, yaralılar var - Video
2033 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Tarkanın sentyabrın 9-da İzmirin Qurtuluşunun 100 illiyi münasibətiylə Gündoğdu meydanında baş tutacaq konserti üçün hazırlanan səhnə aşıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində səhnədə çalışan işçilər panellərin arasında qalıb.

Meydana gələn xilasetmə xidməti yaralıların çıxarılması işlərinə başlayıb.

Məlumata görə, artıq bir neçə şəxs xəstəxanaya çatıdırılıb.

Qeyd edək ki, Tarkanın pərəstişkarları biletsiz keçiriləcək konserti izləmək üçün meydanın ətrafındakı evlərin eyvanlarını 500 dollara, ətrafdakı balıqçı qayıqlarını isə 8 min lirəyə icarəyə götürmüşdülər.