Məşhur müğənni Rikki Martin haqqında qaldırılan ittihamlardan bəraət qazandıqdan sonra əks addım atıb.
Axşam.az xəbər verir ki, ifaçı qardaşı oğlu 21 yaşlı Dennis Yadiel Sançesə qarşı əks iddia qaldırıb. Martinin vəkilləri onun 20 milyon dollar mənəvi təzminat istədiyini vurğulayıb. Onların sözlərinə görə, Martinin bu müddət ərzində reputasiyasına ciddi ziyan dəyib. Müğənni bir neçə milyon dollarlıq müqavilələri itirib.
Qeyd edək ki, Sançes daha əvvəl əmisi ilə aralarında münasibət olduğunu deyib. O, iddia etmişdi ki, Martin əlaqələri bitəndən sonra onu təqib edib. Müğənninin təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 50 ilədək həbs cəzası gözlədiyi deyilirdi. Lakin məhkəmə Martinin xeyrinə olaraq prosesə xitam verib və onun təqsirinə olmadığı qənaətinə gəlib.