Ötən gün ayrılıq xəbərləri çıxan məşhur cütlük müğənni Hadisə ilə həyat yoldaşı iş adamı Mehmet Dinçerlerin hansı səbəbdən münasibətlərində problem yaşadığı ortaya çıxıb.
Axşam.az xəbər verir ki, cütlüyün evliliyində yaranan problemin səbəbi uşaqla bağlıdır. Mehmet övlad istəsə də, Hadisə ağır iş qrafiki səbəbindən hələ ana olmağı düşünmür. İddialar arasında ikilini barışdırmaq üçün Hadisə ilə Mehmetin analarının məsələyə müdaxilə etdiyi bildirilib.
Qeyd edək ki, Hadisəylə Mehmet aprelin 30-da nikah masasına oturub. Hazırda onların boşanma ərəfəsində olduğu iddia edilib. Lakin tərəflər məsələ ilə bağlı hər hansı açıqlama verməyib.