Bukingem Sarayı Böyük Britaniya kraliçası II Yelizavetanın səhhətinin pisləşdiyi haqda bəyanat yayıb.
Axşam.az xəbər verir ki, onun həkim nəzarətinə götürüldüyü açıqlanıb.
"Bu səhər növbəti müayinədən sonra kraliçanın həkimləri onun səhhəti ilə bağlı narahatlığını bildirib və ona həkim nəzarəti altında qalmağı tövsiyə ediblər" - sarayın bəyanatında deyilir.
Kraliçanın oğlu Şahzadə Çarlz, həyat yoldaşı və nəvəsi Şahzadə Uilyam səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlərdən sonra Britaniya kraliçasının olduğu Şotlandiyaya yollanıb.
***
"The Guardian" nəşri II Yelizavetanın ölüm xəbərini yayıb.
Nəşr daha sonra bu məlumatı silib.
Qeyd edək ki, kraliçanın Şotlandiyada Balmoral qəsrində həkim nəzarətinə götürüldüyü bildirilir.